Ankara terror qurbanlarını yad edib

Baş nazir Əhməd Davudoğlu fevralın 17-dә Ankarada baş vermiş terror aktında ölәnlәrin xatirәsini yad edib.

435773
Ankara terror qurbanlarını yad edib

Baş nazir Əhməd Davudoğlu fevralın 17-dә Ankarada baş vermiş terror aktında ölәnlәrin xatirәsini yad edib.

Baş nazir Davudoğlu Gülhane Hәrbi Tibb Akademiyası (GATA) da hücum nәticәsindә hәlak olanların cәnazәlәrinin mәmlәkәtlәrinә göndәrilmәsi münasibәtilә tәşkil edilәn mәrasimә qatıldıqdan sonra nazirlәrlә bәrabәr hadisәnin baş verdiyi bölgәyә gedib.

Baş nazir Әhmәd Davudoğlu vә ona müşayiәt edәn DİN rәhbәri Efkan Ala vә Milli Müdafiә Naziri İsmәt Yılmaz 28 şәhidin xatirәsinә 28 qәrәnfil qoyub, şәhidlәr vә yaralılara dua ediblәr.

Nәqliyyatın hәrәkәti üçün bağlı olan bölgәdә tәhlükәsizlik orqanlarının araşdırmaları davam edir.

Digәr tәrәfdәn hücumla bağlı hәbs olunanların sayı 17-ә çatıb.

Tәhlükәsizlik orqanlarında әmәliyyatları davam edәn şübhelilerin terror tәşkilatı PKK ilә әlaqәsinin olduğu irәli surulub.

Bir şübhәlinin axtarışları isә davam edir.

Qeyd edәk ki, hücumdan sonra 7 şәhәrdә әmәliyyatlar hәyata keçirilmişdi.



Әlaqәli Xәbәrlәr