Türkiyə iqtidarı və müxalifəti törədilən terroru lənətlədi

Ankaradakı terror aktına hökümət üzvləri və müxalifət təmsilçiləri son dərəcə sərt reaksiya verdilər.

435207
Türkiyə iqtidarı və müxalifəti  törədilən terroru lənətlədi

Ölkənin Baş naziri Əhməd Davutoğlu terrorla mübarizədə ǝsla geri addım atmayacaqlarını bildirdi.

Davutoğlu hadisələrlə əlaqədar yazılı açıqlama verdi. Baş nazir terror təşkilatlarına qarşı apardıqları mübarizədən heç bir zaman geri addım atmayacaqlarını vurğulayaraq: “Ölkəmizi, əziz millətimizi və demokratiyamızı hədəf alan bu mənfur hücumları həyata keçirənlər və onların havadarları heç bir zaman arzularına çatmıyacaqlar. Bütün terror tǝşkilatlarına qarşı həyata keçirdiyimiz haqlı mübarizəmizi heç bir zaman dayandırmayacağıq" dedi.

TBMM-nin sədri İsmail Kahraman Ankarada həyata keçirilən terror aktı ilǝ əlaqədar açıqlama verərək bu aktı qınadığını bildirdi.

Baş Nazirin müavini və hökümət sözcüsü Numan Kurtulmuş paytaxt Ankaranda hücumları həyata keçirənlərin şəxsiyyətlərinin müəyyən olunmadığını bildirərək: "Sadəcə bu terror aktlarını həyata keçirənləri deyil , onlardan istifadə edənləri və hər şəkildə dəstək verənləri də lənətləyirik" dedi.

Ankara Baş Prokurorluğu tərəfindən 7 nəfərdən ibarət heyətin hadisəni araşdırmaq üçün istintaqa başladığını bildirən Numan Kurtulmuş ilk məlumatlara görə hücumun partlayıcı yerlǝşdirilmiş avtomobillə həyata keçirildiyini bildirdi.

Terrorla mübarizədən əsla vaz keçmiyəcəklərini bildirən Kurtulmuş “ vətəndaşlarımız provokotiv əməllərə heç bir zaman imkan verməyəcəkdir" diyə vurğulayıb.

Baş Nazirin müavini Yalçın Akdoğan özünün “Twitter" sǝhifǝsindǝn yayımladığı açıqlamada, “heç bir terror aktı bizim onlarla mübarizə əzmimizi zəiflədə bilməz" deyib.

Xarici İşlər naziri Mevlut Çavuşoğlu isə öz 'Twitter" səhifəsindən fikirlərini bölüşərək, “gün ölkəmizin birliyinə qarşı çıxan xainlərlə mübarizə aparmaq günüdür" diyə bildirib.

Xarici İşlər naziri Mevlut Çavuşoğlu isə, terror hücumlarının Türk millətini öz yolundan döndərməyəcəyini söylədi. Azərbaycanda rəsmi səfərdə olan Çavuşoğlu terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirdi.

Ədliyyə naziri Bəkir Bozdağ da hücumları lənətlədiyini vurğuladı.

Terror hadisələrinə müxalifət partiyaları da sərt reaksiya verdilər.

Ankaradakı terror aktlarından sonra Cumhuriyyət Xalq Partiyasının idarə heyəti təcili toplantı keçirdi.

Partiyanın sədri Kamal Kılıcdaroğlu sosial medyadan verdiyi açıqlamada, “ Bu ölkə bu kədərə layiq deyil. Terror aktının bütün detalları ilə aydınlaşdırılması üçün bütün dövlət qurumlarının üzərlərinə düşən işin öhdəsindən layiqincə gələcəyinə inanırıq" dedi..

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli isə terror aktlarına qarşı reaksiyasını yazılı şəkildə ilə ifadə etdi. Bahçeli: "Heç bir terror təşkilatı və onların daxildəki və xaricdəki havadarları istəklərinə nail ola bilmǝyǝcǝklǝr. Kim nə edərsə etsin, əziz millətimiz heç bir zaman terrora təslim olmayacaqdır" dedi.

Xalqların Demokratik Partiyasının həmsədri Səlahəttin Dəmirtaş sosial medyadan verdiyi açıqlamada hücumları qınadı.

Dəmirtaş: " Ankarada qəddar şəkildə həyata keçirilən bu hücumları qınayır, həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara işə şəfa diləyirik" dedi.

Digər tərəfdən isə, TBMM-də Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyası terrora qarşı ortaq ismarıc yayımladılar.



Әlaqәli Xәbәrlәr