Ərdoğan və Davudoğlu Ankaradakı terror hücumundan danışdılar

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatının əksini iddia etməsinə baxmayaraq, Ankaraya qana bulayan xain hücumun günahkarının PKK və PYD olduğunu dedi.

435307
Ərdoğan və Davudoğlu Ankaradakı  terror hücumundan danışdılar

Ərdoğan dünənki terror hücumundan sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına gedərək, General Hulusi Akarla görüşdü.

Daha sonra açıqlamalar verən prezident hadisə ilə əlaqədar bu ana qədər 14 adamın nəzarətə alındığını söyləyərək, onların sayının arta biləcəyini bildirdi.

Ərdoğan: "Bu hadisə Suriyanın şimalındakı PYD və YPG ilə Türkiyədəki PKK arasındakı əlaqənin nə qədər güclü olduğunu inandıra bilmədiyimiz dostlarımızın bu işi daha da yaxşı anlamalarına vəsilə olacaqdır. Biz sənədlərlə, məlumatlarla danışırıq. Dediklərimiz təəssüf ki, bizdə qaldı. Məsul vəzifələrdə olanlar bunu qəbul etməsələr belə, dünya xalqları və millətlər haqlı olduğumuzu qəbul edəcəklər və digərlərini tarix qarşısında hesaba çəkəcəklər" deyə danışdı.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu da terror aktı ilə bağlə açıqlama verərək YPG-nin Suriya rejiminin piyadası olduğunu bildirdi və: "Suriya rejimi bu təcavüzə görə birbaşa cavabdehdir. Suriya rejiminə qarşı hər cür tədbir görmək hüququ da bizə aiddir" dedi.

Davudoğlu, 28 nǝfǝrin hǝyatını itirdiyi xayin hücumu suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxsin törətdiyini bildirdi. Baş nazir Salih Necara Türkiyə daxilindəki PKK mǝnsubları kömək etdiklərini söylədi. Bütün terrorçuların yaxalanaraq cəzalandırılacağını ifadǝ edǝn Davudoğlu PYD və onun silahlı qolu YPG-nin terror təşkilatı olması ilə bağlı sübutları başqa dövlətlərə təqdim edəcəklərini və onlardan konkret mövqe tələb edəcəklərini dǝ ifadǝ etdi. Əhməd Davudoğlu:“Türkiyəyə düşmən bir təşkilatı birbaşa və ya bilvasitə dəstəkləyənlər dǝ Türkiyə üçün dost mahiyyətlǝrini itirmə riskiylə qarşı-qarşıya qalacaqlar. Türk xalqını paytaxtında təhdid edən bir terror təşkilatına qarşı mübarizǝ davam edǝcǝkdir. Lazımı cavab verilǝcǝkdir. Sǝrhǝdd mǝntǝqǝsindǝ qanuni müdafiə başda olmaqla hǝr cür tədbir hǝyata keçirilǝcǝk " deyǝ vurğuladı.

Davudoğlu: “YPG terror qruplaşmasını masaya dəvət etmək istəyənlərə müraciǝt edirǝm. YPG bir terror tǝşkilatıdır vǝ müzakir masasında otura bilmǝz. Son dövrdə, YPG-nin Azez istiqamǝtindǝ irəliləməsi üçün hava dəstəyi verən və mǝsum xalqı hǝdǝf götürǝn Rusiyanı da daha bir dǝfǝ xǝbǝrdarlıq edirǝm: Terror təşkilatını Suriyadakı günahsız xalqa və Türkiyəyə qarşı istifadə etmǝkdǝn imtina et. Dünən Rusiya Ankarada törǝdilǝn xain terror hücumunu qınadı. Bu müsbǝt haldır. Lakin qınamaq azdır. Terrordan Türkiyə ǝleyhinǝ istifadǝ edǝnlǝr, bir gün qazdıqları quyuya özlǝrinin düşǝcǝyini dǝ dǝrk etmǝlidilǝr" dedi.

Qeyd edək ki, dünən axşam paytaxt Ankarada hərbçiləri daşıyan nəqliyyat vasitələrini hədəf alan xain hücumda 28 insan həyatını itirib.

Partlayışdan dərhal sonra hadisə yerinə yüzlərlə təcili yardım maşını və yanğınsöndürənlər gəlib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda hücum nəticəsində yaralanan 61 nəfərin xəstəxanaya aparıldığı, onlardan 30-nun evə buraxıldığı, 31 yaralıdan 8-nin Gülhanə Hərbi Tibb Akademiyası- GATA-da, 23-nün isə mülki xəstəxanalarda müalicəsinin davam etdirildiyi bildirilir.

Hücumun baş verdiyi yerdə "Hadisə Yerni Araşdırma İdarəsi"nin qrupları tərəfindən bütün gecə təhqiqat işləri aparılıb.

Polis ətrafdakı təhlükəsizlik kameraları vasitəsi ilə hadisədə istifadə olunan maşının nömrəsini müəyyən edib, avtomobilin sahibinə dair məlumatları öyrənib.

Hücumda istifadə olunan avtomobilin iki ay əvvəl icarəyə götürdüyü müəyyənləşdirilib.

Partlayışdan sonra bağlanılan İnönü Bulvarının bir qismi nəqliyyata açılıb.

Xain hücum səbəbindən ölkə prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu gün olacaq səfəri ləğv olunub.

Baş nazir Əhməd Davudoğlu da dünən axşam, Aİ sammiti üçün Belçikaya getməkdən imtina etmişdi.




Әlaqәli Xәbәrlәr