Davudoğlu: “Terrora qarşı mübarizǝmiz davam edǝcǝk”

Baş naziri Əhməd Davudoğlu fevralın 17-də axşam Ankarada baş vermiş terror aktını hansı qüvvənin törətdiyini açıqlayıb.

435071
Davudoğlu: “Terrora  qarşı  mübarizǝmiz davam edǝcǝk”

Davudoğlu, terror hücumu səbəbiylə Baş qərargah Başçısı General Hulusi Akarı ziyarǝti zamanı 28 nǝfǝrin hǝyatını itirdiyi xayin hücumu suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxsin törətdiyini bildirib. Baş nazir deyib ki, Salih Necara Türkiyə daxilindəki PKK mǝnsubları kömək edib. Bütün terrorçuların yaxalanaraq cəzalandırılacağını ifadǝ edǝn Davudoğlu, bu işlə əlaqədar 9 nəfərin yaxalandığını açıqlayıb. PYD və onun silahlı qolu YPG-nin terror təşkilatı olması ilə bağlı sübutları başqa dövlətlərə təqdim edəcəklərini və onlardan konkret mövqe tələb edəcəklərini dǝ ifadǝ edǝn Baş nazir Əhməd Davudoğlu, “Türkiyəyə düşmən bir təşkilatı birbaşa və ya bilvasitə dəstəkləyənlər dǝ Türkiyə üçün dost mahiyyətlǝrini itirmə riskiylə qarşı-qarşıya qalacaqlar. Türk xalqını paytaxtında təhdid edən bir terror təşkilatına qarşı mübarizǝ davam edǝcǝkdir. Lazımı cavab verilǝcǝkdir. Sǝrhǝdd mǝntǝqǝsindǝ qanuni müdafiə başda olmaqla hǝr cür tədbir hǝyata keçirilǝcǝk deyǝ vurğulayıb.

“YPG terror qruplaşmasını masaya dəvət etmək istəyənlərə müraciǝt edirǝm": YPG bir terror tǝşkilatıdır vǝ müzakir stolunda otura bilmǝz deyǝn Davudoğlu, “Son dövrdə, YPG-nin Azez istiqamǝtindǝ irəliləməsi üçün hava dəstəyi verən və mǝsum xalqı hǝdǝf götürǝn Rusiyanı da daha bir dǝfǝ xǝbǝrdarlıq edirǝm: Terror təşkilatından, Suriyadakı günahsız xalqa və Türkiyəyə qarşı istifadə etmǝmǝkdǝn imtina et. Dünən Rusiya Ankarada törǝdilǝn xain terror hücumunu qınadı. Bu müsbǝt haldır. Lakin qınamaq bǝs etmǝz. Terrordan Türkiyə ǝleyhindǝ istifadǝ edǝnlǝr, bir gün qazdıqları quyuya özlǝrinin düşǝcǝyini dǝ dǝrk etmǝlidilǝr", Türkiyǝnin Baş nazir Ə. Davudoğlu deyib.



Әlaqәli Xәbәrlәr