TBMM Konstitusiya Uzlaşma Komissiyası fəaliyyətini dayandırdı

Türkiyənin yeni Konstitusiyanın hazırlanması üçün qurulan Konstitusiya Uzlaşma Komissiyası fəaliyyətini dayandırıb.

434254
TBMM Konstitusiya Uzlaşma Komissiyası fəaliyyətini dayandırdı

Türkiyənin yeni Konstitusiyanın hazırlanması üçün qurulan Konstitusiya Uzlaşma Komissiyası fəaliyyətini dayandırıb.

Cumhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən nümayəndələrin komissiyanı tərk etməsindən sonra məclis sədri İsmail Kahraman müzakirələrin dayandırıldığını açıqlayıb.

Komissyada fəaliyyət göstərən CHP nümayəndələri açıqlama verərək, görüşlərin sistem mübahisələri səbəbindən dayandırıldığını bəyan edərək, parlamentar sistemimi, prezidentlik üsul idarəsi sistemi mi məsələsində razılığın əldə olunmadğnı bəyan ediblər.

Ədələt və İnkişaf Partityası adından açıqlama verən partiyanın sözcüsü və sədr müavini Ömər Çəlik “Parlamentar sistem nə qədər qanunidirsə, prezident üsul idarəsi də o qədər qanuni sayılmalıdır. Partiyamız yeni bir konstitusiyanın hazırlanması məsələsində ilk günkü kimi bütün səylə çalışmalarını davam etdirir." deyib.

Məqsədlərinin Türkiyədəki mövcud rejimi dəyişmək deyil, 12 Sentyabr Konstitusiyasını dəyişmək olduğunu bildirən Ömər Çelik MHP və HDP ilə müzakirələrə davam etmələrinin mümkün olduğunu da bildirib.



Әlaqәli Xәbәrlәr