Rəcəb Tayyib Ərdoğan: "Dürüst olun"

Türkiyənin Dövlət Başçısı Rəcəp Tayyib Ərdoğan Türkiyənin YPG mövqeylərini vurmasını istəməyənlərə “dürüst olun" deyə sərt reaksiya göstərib.

433963
Rəcəb Tayyib Ərdoğan: "Dürüst olun"

Prezident sarayında yəmənli həmkarı Mansur Hadi ilə ortaq mətbuat konfransı keçirən Ərdoğan Türkiyənin təhlükələrə cavab qaydaları çərçivəsindöə özünü müdafiə etdiyini, PYD və YPG-nin isə terror təşkilatları olduğunu bir daha vurğulayıb.

Dövlət başçısı sözlərini belə davam edib: “ PKK-ni terror təşkilatı olaraq qəbul edənlər bilməlidir ki, PYD və YPG-nin ondan geri qalan tərəfi yoxdur və bu terror təşkilatlarının bu şəkildə təşkilatlanmasına köməklik göstərənləri tarix heç bir zaman bağışlamayacaqdır.

Bizim ölkəmizə qarşı hücumlara cavab olaraq silahlı qüvvələrimizin top atışlarından istifadə etməsini Suriyadakı Kürdlərin vurulması kimi göstərməyə çalışanlar öncə dürüst davranmağı öyrənsinlər"

Yəməndəki vəziyyət haqqında da fikirlərini bölüşən Ərdoğan bütün beynəlxalq təşkilatlardan yaşanan drama səssiz qalmamağı istəyib.

“Yəməndəki problemlərin siyasi yolla həll olunması üçün cəhdlər davam edir. Bu mənada BMT-nin qətnamələrinin hər iki tərəfdən həyata keçirilməsi çox önəmlidir. İstəyimiz qardaş Yəmənin ən qısa zamanda sülhə və əmin-amanlığa qovuşmasıdır" deyə Ərdoğan fikirlərini tamamlayıb.



Әlaqәli Xәbәrlәr