Mövlud Çavuşoğlu: "Türkiyə Suriyaya təkbaşına girməyəcək"

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin təkbaşına Suriyaya girməyəcəyini dedi.

433949
Mövlud Çavuşoğlu: "Türkiyə Suriyaya təkbaşına  girməyəcək"

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin təkbaşına Suriyaya girməyəcəyini dedi.

İngiltərə xəbər agentliyi "Reuters"ə müsahibə verən Çavuşoğlu, Suriyaya quru hərəkatı ilə əlaqədar heç bir qərarın alınmadığını və bu məsələnin Amerika Birləşmiş Ştatları rəhbərliyi altındakı koalisiya ilə də müzakirə edilmədiyini bildirdi.

Yalnız Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin qurudan hərəkətə başlamasının real olmadığını vurğulayan Mövlud Çavuşoğlu: "DEAŞ Türkiyəyə sərhəddən birbaşa təhlükə yaradır, amma bu tıhlükə yalnız Türkiyəyə qarşı deyil, hər kəsə qarşıdır. Bu vəziyyət 100-dən çox ölkəyə təsir edir. Deməli, belə bir mübarizədə qurudan olan əməliyyatlarda yalnız Səudiyyə Ərəbistanı, Türkiyə və ya Qətərin iştirakı düzgün olmaz. Bu problem təkcə 3 ölkənin problemi deyil ,ortaq bir əməliyyat lazımdır"deyə danışdı.

DEAŞ-ın siyasi həll olmadan məhv edilə bilməyəcəyini qeyd edən Xarici İşlər naziri bombardmanlar davam etdiyi bir vəziyyətdə Cenevrə Danışıqlarının bir nəticə verməyəcəyini ifadə etdi.


PYD məsələsində Amerika Birləşmiş Ştatlarına də ismarıc göndərən Çavuşoğlu: "Amerika Birləşmiş Ştatları və Türkiyə PYD-nin Suriyadakı rolu mövzusundakı münaqişələri həll etmək üçün daha sıx əməkdaşlıq etməlidirlər" dedi.



Әlaqәli Xәbәrlәr