H.Çevik:”Rusiya Suriyada beynǝlxalq hüququ ciddi şǝkildǝ pozur”
Nümayǝndǝ Türkiyǝnin tǝhlükǝlǝrǝ cavab qaydaları vǝ beynǝlxalq hüquq çǝrçivǝsindǝ Suriya ǝrazilǝrindǝn hǝyata keçirilǝn hücumlara cavab verdiyini vurğulayıb.
Türkiyǝnin BMT-dǝki daimi nümayǝndǝsi Halid Çevik Rusiyanın Suriyada beynǝlxalq hüququ ciddi şǝkildǝ pozduğunu söylǝyib.
Çevik BMT Tǝhlükǝsizlik Şurasının iclasında rus nümayǝndǝnin PYD hǝdǝflǝrinǝ istiqamǝtli top atǝşinǝ görǝ Türkiyǝni tǝnqid etmǝsinǝ reaksiya göstǝrib.
Nümayǝndǝ Türkiyǝnin tǝhlükǝlǝrǝ cavab qaydaları vǝ beynǝlxalq hüquq çǝrçivǝsindǝ Suriya ǝrazilǝrindǝn hǝyata keçirilǝn hücumlara cavab verdiyini vurğulayıb.
Rusiyanın hava hücumlarında dinc ǝhaliyi hǝdǝf götürmǝsini tǝnqid edǝn Çevik bildirib ki, Suriyada beynǝlxalq hüququn ciddi şǝkildǝ pozulmasından mǝsul bir ölkǝ, özgǝlǝrinǝ dǝrs verǝcǝk mövqeydǝ deyildir.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq