İran Prezidenti Həsən Ruhani ölkəsinə tǝtbiq edilǝn sanksiyaların lǝğvindǝn sonra Avropa ölkǝlǝrinǝ sǝfǝr edib.

Həsən Ruhaninin ilk dayanacağı İtaliyada hǝmkarı Sergio Mattarella ilə görüşüb, sonra İtaliya Baş Naziri Matteo Renzi ilə görüşəcək.

424418

Görüşlərdə Ruhaninin İrandan ayrılmadan əvvəl qeyd etdiyi yol xəritələri barǝdǝ razılıq ǝldǝ edǝcǝklǝri gözlənilir.

İran ilə İtaliya arasında illik 7 milyard avroluq ticarət hǝcmi sanksiyaların təsiri ilǝ 2012-ci ildǝn bǝridir 1 milyard 200 milyon avroyadǝk azalıb.

Danışıqların bu azalmanı əksinə çevirməcǝyi gözlǝnilir.

Çünki sanksiyaların lǝğv edilmǝsindǝn sonra İtalyan iş adamları açılan bu yeni bazara girmək istəyir.

İran Prezidenti Ruhani 500-e yaxın İtalyan sahibkarın iştirak edəcəyi iqtisadi forumda da danışacaq. Həsən Ruhani, Papa Francis ilə də görüşəcək.

Bu səfər 1999-cu ildǝ dövrün Prezidenti Hatǝmiden bǝridir Vatikana edilǝn ilk rəsmi səfər olacaq.

Ruhani İtaliyadakı görüşlǝrindǝn sonra sǝfǝrini noyabr ayında Parisdǝ törǝdilǝn terror hücumlarına görǝ tǝxirǝ salınan Fransa səfəri ilə davam etdirəcək.

İran Prezidentinin Fransada sanksiyaların lǝğv edilmǝsinin ardından ilk böyük ticarət sazişini imzalaması gözlənilir.

Әlaqәli Xәbәrlәr