Ərdoğan Konyada Mövlanəyə aid tədbirdə çıxış etdi

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Konya Böyükşəhər Bələdiyyəsi İdman Zalı və Konqres Mərkəzində keçirilən "Həzrəti Mövlanənin 742-ci Vüsal İldönümü Programı"nda iştirak etdi.

364506
Ərdoğan Konyada Mövlanəyə aid tədbirdə çıxış etdi

Ərdoğan burada etdiyi çıxışında günümüzdə İslam aləminin başına bəla olan təşkilatların hamısının  Mövlanənin ən önəmli təmsilçilərindən biri olan sevgi mədəniyyətinin düşmənləri olduğunu qeyd etdi.

Türkiyə prezidenti: " DEAŞ,  Boko Haram, Əş-Şəbab, Əl-Qaidə kimi təşkilatların İslama və müsəlmanlara verdiyi zərəri tarix boyu çox az düşmən gerçəkləşdirə bildi. Bu terror təşkilatları İslama aid simvolları istifadə edə bilərlər, amma bu, onların İslamın ən böyük düşmənləri olması həqiqətini dəyişdirmir" dedi.

Ədalətlə zülm arasındakı fərqi ağac və tikanı sulamaq qədər yaxın görən Mövlanənin həssas vicdan tərəzisinə bu gün bütün bəşəriyyətin, xüsusilə də, biz müsəlmanların çox ehtiyacı olduğunu  vurğulamaq istədiyini söyləyən Ərdoğan: "Biz qarşımıza kim çıxarsa çıxsın, qurbanlar bahasına olsa belə, vicdan tərəzimizi itirməyəcəyik, əlimizdəki suyu ağaclara verməyə davam edəcəyik. Əks halda, Mövlanə Həzrətlərinin hüzuruna üzü ağ, alnı açıq olaraq gələ bilmərik. Haqq yolunda mübarizə etmək ən böyük şərəfdir" dedi.

"Min illərdir ki, torpaqlarımızın vətənimiz olaraq qalması üçün ölümü toy-bayram kimi görən bu təfəkkürə borcluyuq" ifadələrini işlədən prezident Ərdoğan bu gün də Türkiyədə xalqın üzləşdiyi məhrumiyyətlərlə eyni inamla mübarizə edildiyini, haqq və ədalət yolunda mübarizə etməyin, bu yolda cəfa çəkməyin, lazım gəlsə şəhid və ya qazi olmağın ən uca və böyük şərəf olduğunu söylədi.

Ərdoğan çıxışında :"Bizim tək millət, tək bayraq, tək vətən, tək dövlət vurğumuz ilhamını bir tərəfdən Mövlanədən, Yunus Əmrədən, Hacı Bayramdan, bir tərəfdən də Sultan Alparslandan, Osman Qazidən, Fatihdən, Qanunidən, Qazi Mustafa Kamaldan alır" dedi.

Ərdoğan Həzrəti Mövlanə məhəbbətinin ekstazının təzahürü olan "Səma"nın ifadə etdiyi mənaya uyğun şəkildə və münasib yerlərdə ifa olunmasını əhəmiyyətini vurğuladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr