Ə.Davudoğlu Türkiyə-Rusiya münasibətlərini dəyərləndirib

Baş nazir Əhməd Davudoğlu Ankara-Moskva arasındakı gərginliyin Rusiyadan mənbələndiyini deyib.

410998
Ə.Davudoğlu Türkiyə-Rusiya münasibətlərini dəyərləndirib

Bolqarıstanda televiziya kanallarının birinə müsahibə verən baş nazir Rusiya ilə yaşanan təyyarə gərginliyini qiymətləndirib.
Baş nazir :‘‘Nə üçün Rus təyyarəsini düşürməyə qərar verdiniz’’ sualını belə cavablandırıb: ‘‘Biz təyyarəni düşürməyə deyil hava məkanımızı qorumağa qərar verdik. Rus təyyarəsi Rusiya , Suriya ya da beynəlxalq hava məkanında düşürülmədi. Bizim qərarımız və əsgərlərə verdiyimiz tabşırığımız sərhədimizi, hava və dəniz ərazilərimizi qorumaq istiqamətindədir. Rus təyyarələri daha əvvəl də hava məkanımızı üç dəfə pozublar’’.
Türkiyə-Rusiya arasındakı gərginliyin Türkiyədən mənbələnmədiyini deyən Davudoğlu: ‘‘Onlar Türkiyəyə qarşı sanksiyalar tədbiq etməyə və ikitərəfli münasibətləri çətinləşdirməyə üstünlük verdi’’ deyib.
Bolqarıstan ilə ikitərəfli münasibətlərə də toxunan baş nazir hədəfin iki ölkə arasındakı ticarət həcmini iki dəfə artırmaq olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr