Türkiyənin quru sərhədlərini qoruyan qüvvələrin 30 faizi Sur

Bu bölgənin təhlükəsizliyi 4 alay, 12 batalyon, 37 rota və 139 polis məntəqəsi tərəfindən təmin edilir.

360687
Türkiyənin  quru sərhədlərini qoruyan  qüvvələrin  30 faizi  Sur

Türk Silahlı Qüvvələrindən verilən məlumata görə, Suriya-Türkiyə sərhədinə əsgər yerləşdirilib. Sərhəd xəttinə 23 kilometr betondan divar tikilib, 108 kilometr tikanlı məftil çəkilib, 386 kilometr xəndək qazılıb, 80 kilometr torpaqdan sədd çekilib, sərhədin 423 kilometri işıqlandırılıb və 1450 kilometr patrul üçün yol salınıb.
Qeyd edək ki, görülən  bu işlərə  təxminən 300 milyon lirə xərclənib.
Suriya sərhədində bir il ərzində terror təşkilatının sıralarına qatılmaqda sübhəli bilinən 999 nəfər saxlanılıb.
Eyni tarixdən etibarən bölgədə 6221 müxtəlif silah, 5 milyon 516 min 460 litr maye yanacaq, 4086 kiloqram marixuana, 1 milyon 639 min 431 narkotik və 21 milyon 950 min 316 paket siqaret ələ keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr