Türkiyə müxtǝlif quş növlǝri baxımından da zəngindir

Qitələr arası körpü vəzifəsi görən Türkiyə çox sayda quş növünün miqrasiya marşrutu  olaraq  iştirak edir

405015
Türkiyə müxtǝlif quş növlǝri baxımından da zəngindir


Avropa ilə Asiya qitələri arasında yer alan Türkiyə, bu xüsusiyyətiylə bir çox sahədə sahib olduğu üstünlüklərinin yanında müxtǝlif quş növlǝri baxımından da əhəmiyyətli bir zənginliyə sahibdir.

Iğdırın Tuzluca mahalına bağlı Aşağı Cıyrıklı kəndində olan Aras çayı Quş Cǝnnǝtindǝki işlərə qatılan ABŞ-dakı Utah Universiteti Biologiya Bölümü müəllimi Çağan Şǝkǝrcioğlu etdiyi şərhdə Türkiyənin coğrafi mövqeyi başda olmaqla çöl həyatı üçün ən əhəmiyyətli tranzit dəhliz vəzifəsi boynuna götürdüyünü söylədi.

Avropa və Asiya arasında mədəni və ticari mənada qitələr arası körpü vəzifəsi görən Türkiyənin, çox sayda quş növünün də miqrasiya marşrutunda   iştirak etdiyinə işarə edən Şǝkǝrcioğlu bunları qeyd etdi:

"Quş köçü əsnasında Avropa, Asiya , Orta şərq və Qafqazlardan gələn milyonlarla quş, ölkəmizə gəlib bir huni şəklində bizdən keçərək qışlayacaqları isti ölkələrə köç edir. Türkiyə quş növü baxımından Avropanın ən əhəmiyyətli ölkəsidir. İndiyə qədər 478 quş növü təsbit edildi . Hər il bir neçə yeni növ envanter əlavə olunur. Önümüzdəki 10 il içərisində ölkəmizdə təsbit edilən quş növü sayı 500-ü keçəcək. "


Etiketlәr:

Әlaqәli Xәbәrlәr