İbrahim Kalın: "Birtərəfli haqsızlığa heç bir vaxt boyun əymərik

İbrahim Kalın, prezident sarayında mətbuat konfransı keçirib.

405094
İbrahim Kalın: "Birtərəfli haqsızlığa heç bir vaxt boyun əymərik

Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın Türkiyənin DEAŞ ilə apardığı mübarizənin eynisin dünya ictimaiyyəti tərəfindən aparıldığını diqqətə çatdırıb.
İbrahim Kalın, prezident sarayında mətbuat konfransı keçirib.
Terror təşkilatı PKK-nın məscid yandırmağa qədər gördüyü işlərdən danışan Kalın,
“Biz əvvəldən terrorun hər növünə və hər formasına qarşı olduğumuzu açıq bir şəkildə ifadə etdik. Burada bir qrup terror təşkilatını “bunlar pisdir”, bir qrup terror təşkilatının “bunlar yaxşıdır” deyə ayrıseçkilik edərək bir siyasət yeritmək həm siyasi, həm də əxlaqi baxımdan səhv fikirdir” deyib.
Türkiyənin Bağdad ilə əlaqə qurmaqda problem olmadığını deyən Kalın, görüşlərin lazım gələrsə prezident və baş nazir səviyyəsində davam etdiriləcəyini vurğulayıb.
İbrahim Kalın,
“Hazırda İraq tərəfindən bir böhran havası yaratmaq və bu daha böyük bir böhrana doğru aparmaq cəhdi var. Qeyd edim ki, bu boş məsələdir. Bir neçə gündür, aparılan görüşlərlə bu mövzunun doğru bir yerə oturulduğunu deyə bilərəm” vurğulayıb.
Noyabrın 24-də Rusiya təyyarəsinin hava məkanını pozması nəticəsində Türk F-16 döyüş təyyarəsi tərəfindən vurulmasından sonra yaşanan gərginlikdən danışan İbrahim Kalın belə bir gərgin siyasətin tərəfində olmadığını bildirib.
Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara toxunan İbrahim Kalın,
“Üzərimizdəki təzyiqlərə baxmayaraq, Rusiyaya qarşı tətbiq olunan sanksiyaları doğru hesab etmədik o dövrdə Rusiya ilə münasibətlərimizi yaxşı saxladıq. Bütün bunlardan sonra Rusiyanın Türkiyəyə sanksiya tətbiq etməsi ziddiyyətli bir vəziyyətdir. Birtərəfli haqsızlığa heç bir vaxt boyun əymərik. Türkiyə güçlü dövlətdir. Türkiyə vətəndaşlarının, iş adamlarının, tələbələrin zərər cəkəcəyi bir vəziyyətin yaranmasına yol verməyəcyik. Ümide dirik, Rusiya hərəkət edəcək” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr