Almaniyanın döyüş təyyarələri bu gün yola düşüb

Almaniyanın DEAŞ-la mübarizə üçün göndərdiyi 6 ədəd Tornado kəşf təyyarələrinin bir hissəsi bu gün Türkiyəyə doğru yola çıxacaq.

360299
Almaniyanın döyüş təyyarələri bu gün yola düşüb

Almaniyanın DEAŞ-la mübarizə üçün göndərdiyi 6 ədəd Tornado kəşf təyyarələrinin bir hissəsi bu gün Türkiyəyə doğru yola çıxacaq.
Bu təyyarəlǝrin qısa bir müddət içində Adanada İncirlik bazasından havaya qalxaraq Suriya üzərində öz işinə başlayacağı bildirilir.
Lakin Suriya hava sahəsi üzərindəki qarışıqlıq bəzi narahatlıqlara da səbəb olur.
Alman müdafiə mütəxəssisi Alexander Neu Suriya hava məkanında ABŞ liderliyindəki beynəlxalq koalisiyadan başqa Rusiya və Suriyaya aid döyüş təyyarələri, helikopterlər və pilotsuz uçan aparatların çalışdığına diqqət çəkib.
Təyyarə və helikopterlərin kifayət qədər olmadığını vurğulayan Neu, bunun vuruşma ehtimalının artırdığını vurğulayıb.
Almaniya baş nazirinin müavini Sigmar Gabriel, Vyana prosesində Suriya üçün bir siyasi həll yoluna qədər terror təşkilatı DEAŞ-ın irəliləməsinin qarşısını almaq istədiklərini söyləyib.
Diplomatik sahədə ilk uğurların əldə edildiyinə diqqət çəkən Sigmar Gabriel Suriya böhranının həllinin hələ xeyli vaxt alacağını da qeyd edib.
Mötədil müxalifət, kürdlər və Suriya ordusu ortaq məxrəcə gəldikdən sonra terror təşkilatına qarşı birgə mübarizə etməyin lazım olduğunu qeyd edən Gabriel, “Birgə mübarizəyə başlayana qədər DEAŞ-ın nəzarəti altında saxladıığı torpaqları daha da genişləndirməsinə mane olmalıyıq” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr