"Gördüyümüz hər tədbir Türkiyəni qorumaq üçündür", Ə.Davudoğlu
Türkiyənin Mosulda əsgər xəbərlərilə bağlı Baş nazir Davudoğlu deyib:
!["Gördüyümüz hər tədbir Türkiyəni qorumaq üçündür", Ə.Davudoğlu](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/3257251385davutolutrki.jpg?time=1718834864)
Türkiyə əsgərinin Mosula getməsi və yardımlarımızdan səhv mənalar çıxaranlar var. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Əsgərlərimiz Mosul könüllülərinə hərbi təlim vermək və bölgənin qorunmasına kömək üçün oradadır".
Ankarada Türk-İş Baş İdarəsində çıxış edən Davudoğlu Türkiyənin ilk növbədə İraq və Suriyada sabitlik və rifah istədiyini təkrarlayaraq bildirib: "Başda DEAŞ (İŞİD) və PKK olmaqla bütün terror təşkilatlarından bu iki dost ölkənin xilas olması lazımdır. Hər zaman olduğu kimi, bu gün də köməyə hazırıq".
Mosulun təxminən 30 kilometr şimal-şərqində yerli könüllü qüvvələrin terrorla mübarizəsinə yardım məqsədilə qurulan Başika düşərgəsinin təlim düşərgəsi olduğunu söyləyən Davudoğlu deyib: "Bu, yeni bir düşərgə da deyil. Demək olar ki, bir ilə yaxındır, burada 2 mindən çox mosullu qardaşımıza təlim verilib və Mosulun DEAŞ terrorundan xilas olması üçün kömək edilib və edilir."
Baş nazir Davudoğlu Türkiyə-Rusiya münasibətlərinə də toxunaraq deyib: "Günlərdir Rusiya tərəfindən ağır ittihamlara məruz qalırıq. Mən başda Putin olmaqla bütün rus siyasətçilərindən soruşmaq istəyirəm: “Türkiyə Rusiya sərhədini pozsaydı, Rusiya nə edərdi?” Mən Rusiya xalqına üzümü tuturam və deyirəm: “Bizi anlayın, gördüyümüz hər tədbir Türkiyəni qorumaq üçündür."
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718834864)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718834864)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq