"Suriyanın etnik parçalara bölünməsini istəmirik", Ə.Davudoğu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriya probleminin yaxınlarda sona çatacağını real görmədiyini bildirib: "Bu böhran tam həll edilmədən kimsə özünü güvənlikdə hesab etməsin".

400739
"Suriyanın etnik parçalara bölünməsini istəmirik", Ə.Davudoğu

  Davudoğlu 2 gün davam edən Azərbaycan səfərindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

  DEAŞ (İŞİD) ilə mübarizə çərçivəsində Almaniya və İngiltərənin İncirlik mərkəzinin istifadəsinə müsbət baxdıqlarını bildirən Davudoğlu Suriyanın ərazi bütövlüyünə toxunaraq deyib: “Türkmənlərin Suriyada muxtariyyət elanetmə ehtimalını, ümumiyyətlə, etnik birləşmələrin ayrı-ayrı kanton yaratma fikirlərini qəbul etmirik. Suriyanın ərazi bütövlüyünü qorunmasını istəyirik. Ölkəni parçalara bölməməyin tərəfdarıyıq.”

  Baş nazir Suriya sərhədini DEAŞ terroruna qarşı Amerika rəhbərliyilə ortaq əməliyyatlar nəticəsində qoruduqlarını vurğulayıb: “Suriya böhranı başlanandan Türkiyə narahatdır. Bölgənin DEAŞ-dan təmizlənilməsi beynəlxalq cəmiyyətlərin üzərinə düşür”.

  Əhməd Davudoğlu Rusiya ilə yaşanan böhranın səbəbini isə Moskva rəhbərliyinin hadisəyə psixoloji ölçünü itirməsilə əlaqələndirib. Baş nazir əlaqələrin relsə düşməsi üçün qarşılıqlı dialoq çağırışı edib və kommunikasiya kanallarının açıq qalmasına ehtiyac olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr