Türkiyə BMT-yə irqi ayrı-seçkiliklə bağlı ərizə təqdim edib

BMT-nin İrqi ayrı-seçkiliyin sona çatması üzrǝ komitəsi bununla bağlı araşdırmalarda Türkiyənin bu mǝsǝlǝ ilǝ bağlı mövqeyini gündǝmǝ gǝtirib.

399888
Türkiyə  BMT-yə irqi ayrı-seçkiliklə bağlı ərizə təqdim edib

Müxtəlif İrqi ayrı-seçkiliyin sona çatması ilə bağlı beynəlxalq müqavilənin lehinə olan 177 ölkədən biri Türkiyə, 18 müstəqil ekspertdən ibarət komitəyə ərizə təqdim edib.
Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin çoxşaxəli siyasi əlaqələr müdiri səfir Hasan Ulusoy, irqçiliklə mübarizə çərçivəsində Türkiyənin təcrübəyə çevirdiyi işlərdən bəhs edib.
Ulusoy, Türkiyənin insan haqqları və azadlıqlarını gücləndirdiyini, irqçiliklə mübarizəyə qarşı işlər gördüyünü və beynəlxalq əməkdaşlıqa böyük əhəmiyyət verdiyini söyləyib.
Türkiyədə azsaylı xalqların qorunması və onların ölkədə təmsil olunması, qaçqınlar və onların təhsili ilə bağlı türk heyətinə suallar ünvanlayan komitə, həll prosesinə də toxunaraq, prosesin dayandırılmasından sonra baş verənlərin “narahatlıq doğurduğunu” ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr