Çavuşoğlu:"Rusiyanın ǝsassız ittihamlardan imtina etməsini istǝ

Mövlud Çavuşoğlu, rus həmkarı Sergey Lavrov ilə görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

399636
Çavuşoğlu:"Rusiyanın ǝsassız ittihamlardan imtina etməsini istǝ

Xarici işlər naziri Çavuşoğlu, Rusiyanın ǝsassız ittihamlardan imtina etməsini istǝdiklǝrini bildirib.
Mövlud Çavuşoğlu, rus həmkarı Sergey Lavrov ilə görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Çavuşoğlu görüşün iki ölkəyə yaraşan şǝkildǝ keçdiyini bildirərək deyib ki, əlaqələri adi axarına salmaq üçün danışıqların davam etməsi vacibdir. İki tərəf dǝ gərginliyi artırmağı istəmir. Bir müddǝt sonra problemin hǝll edilǝcǝyinǝ vǝ ǝlaqǝlǝrimizin keçmişdǝki kimi davam edǝcǝyinǝ ümid edirǝm.
Rusiyanın ǝsası olmayan ittihamlardan imtina etməsi və tǝcili şǝkildǝ qəbul edilmiş qərarları nəzərdən keçirməsini arzu etdiklǝrini bildirǝn Çavuşoğlu, "Hazırda Rusiyaya qarşı qǝbul etdiyimiz və ya nəzərdə tutduğumuz bir qərar yoxdur. Səbrlə əlaqələrin düzəlməsini gözləyirik, amma ömür boyu da belə davam etmǝyǝcǝyini bilmǝliyik" deyǝ vurğulayıb.
Rus təyyarəsinin düşürülmǝsindǝn sonra həmkarı Lavrovla görüşmək istədiyini ancaq texniki səbəblərlə bunun mümkün olmadığını ancaq ertəsi gün, 25 noyabrda bir saatdan artıq telefonla danışdıqlarını qeyd edən Çavuşoğlu bildirib ki, telefon danışığında Belqradda ATƏT-in toplantısı zamanı görüş keçirǝcǝyimiz barǝdǝ prinsip olaraq razılıq ǝldǝ etmişdik.
Görüşdə iki tərəfin də fikirlərini dilə gətirdiyini deyən Çavuşoğlu, "Əlbəttə, hadisǝ hǝlǝ yenidir. İki tərəfi də kədərləndirən bu hadisəyǝ görǝ üzüntümüzü daha əvvəl hörmətli Dövlǝt başçımız, Baş nazirimiz dǝ dilə gətirmişdi, təkrar dilə gətirdik. Təslim etdiyimiz pilot üçün də başsağlığı verdik" deyə ifadǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr