Türkiyə və Rusiya xarici işlər nazirləri görüşəcək

Görüş saat 16.30-da baş tutacaq

399009
Türkiyə və Rusiya xarici işlər nazirləri görüşəcək

Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Serbiyanın paytaxtı Belqradda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.
Görüş saat 16.30-da baş tutacaq
Hər iki nazir Belqradda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 22-ci nazirlər şurası toplantısına qatılacaq.
Mövlud Çavuşoğlu ötən gün Brüseldə TRT-yə verdiyi açıqlamada, Rusiya ilə yaşanan böhranın dialoq yolu ilə həll oluna biləcəyini söyləyib.
Cavuşoğlu, “Hər ölkə ilə problem yaşaya bilərik. Lakin vacib olan bunları səmimi bir şəkildə danışmaq və həll etməkdir. Ümid edirəm Rusiya ilə bu problemi dialoq yolu ilə həll edə bilərik” deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da, Şimali Kıbrız Rum kəsiyindəki görüşləri zamanı mətbuata verdiyi açıqlamada, Çavuşoğludan görüş təklifi gələrsə qəbul edəcəyini açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr