Çavuşoğlu Avropada bir sıra görüşlər keçirib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə NATO xarici işlər nazirləri toplantısında həmkarları ilə görüşüb.

397322
Çavuşoğlu Avropada bir sıra görüşlər keçirib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə NATO xarici işlər nazirləri toplantısında həmkarları ilə görüşüb.
BMT İqlim dəyişikliyi konfransının keçirildiyi Paris şəhərindən Brüsselə gedən Çavuşoğlu ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Görüşdə Suriya probleminin həll olunması üçün Vyanada başladılan danışıqlar, terrorla mübarizədə əməkdaşlıq və Kıbrıs məsələləri əsas müzakirə mövzusu olub.
Çavuşoğlu görüşləri çərçivəsində Makedoniya xarici işlər naziri Nikola Poposki, danimarkalı həmkarı Kristian Jensen, Hollandiya xarici işlər naziri Bert Koenders, Almanya xarici işlər naziri Walter Ştanmayer və Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ilə təkbətək görüşüb.
Görüşlərdə Türkiyənin Avropa İttifaqına üzv qəbul olunması, Avropada hökm sürən qaçqın problemi və Suriyadakı vəziyyət, eləcə də terrorla mübarizə və xarici terrorist qüvvələrin qarşısının alınması və digər məsələlər müzakirə olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr