Türkiyənin Moskva Səfirliyi təzyiqlərə son qoymağı tələb etdi

Türkiyənin Moskvadakı Səfirliyi Rusiya orqanlarını bu ölkədə yaşayan Türkiyə vətəndaşlarına qarşı təzyiqlərə son qoymağa çağırdı.

394723
Türkiyənin Moskva Səfirliyi təzyiqlərə son qoymağı tələb etdi

Səfirlikdən verilən açıqlamada son günlər Rusiyanın müxtəlif regionlarında yaşayan iş adamı, fəhlə və tələbə kimi müxtəlif təbəqələrə mənsub Türk vətəndaşlarından Rusiya rəsmi orqanları tərəfindən onlara qarşı təzyiq tətbiq olunduğuna dair şikayətlərin gəldiyini bildirilərək bunlara son qoyulması tələb edildi.

Açıqlamada: "Səfirlik vətəndaşlarımızla ünsiyyət quraraq lazımi məlumatı aldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyi və əlaqədar rəsmi orqanlarla görüşərək, şikayətlərlə əlaqədar açıqlama gözlənildiyini bildirir və təzyiqlərə son qoyulmasını tələb edir" deyildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr