Davudoğlu Kamal Kılıçdaroğlu və Dövlət Baxçeli ilə görüşdü

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının (CHP) Sədri Kamal Kılıçdaroğlu və Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli ilə ayrı-ayrılıqda görüş keçirdi.

394642
Davudoğlu Kamal Kılıçdaroğlu və Dövlət Baxçeli ilə görüşdü

Görüşdə dekabr ayında Məclisdə müvəqqəti büdcə yerinə, 2016-ci İlin Büdcəsinin müzakirəsi barədə fikir mübadiləsi aparıldı.

Digər tərəfdən, Davudoğlu Kılıçdaroğlu ilə görüşündə Diyarbəkir Vəkillər kollegiyasının Sədri Tahir Elçinin öldürüldüyü hücum və sonra baş verən hadisələrlə bağlı məlumat verdi.

Kılıçdaroğlu da Elçinin öldürüldüyü hücuma dair ciddi şübhələr olduğu və hadisənin ətraflı araşdırılması lazım olduğunu ifadə etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr