Bu gün Brüsseldə Türkiyə-Avropa İttifaqı sammiti keçiriləcək

Türkiyəni Baş Nazir Əhməd Davudoğlunun təmsil edəcəyi sammitin gündəminin əsas məsələsi Avropanın qaçqın böhranı ilə mübarizəsi olacaq.

394856
Bu gün Brüsseldə Türkiyə-Avropa İttifaqı sammiti keçiriləcək

Sammitdə Avropa İttifaqı ölkələrinə yönələn miqrant axınının qarşısının alınması istiqamətində birgə fəaliyyət planının həyata keçirilməsinə başlanması məqsədi güdülür.

Sammitdə müzakirə olunacaq əsas məsələlər arasında nizamsız mühacirətlə mübarizə, suriyalı qaçqınların yükünün bölüşdürülməsi də var.

Avropanın qaçqın böhranı ilə mübarizə etmək məsələsində Ankaranın yardımı və əməkdaşlıq qarşılığında 3 milyard Avro səviyyəsində maliyyə dəstəyi ilə təmin olunması da qərar veriləcək məsələlər arasında olacaq.

Bundan başqa, sammitdə Türk vətəndaşları üçün viza rejimini asanlaşdırılması Türkiyənin Avropa İttifaqına üzvlük danışıqlarının canlandırılması və Gömrük İttifaqının keyfiyyətinin yüksəldilməsi də müzakirə olunacaq.

Son günlərdə artan terror hadisələri və terrorizmin hər növünə qarşı birgə əməkdaşlıq da sammitin gündəliyində olan məsələlər arasındadır.

Sammit daha əvvəl Türkiyə ilə aparılan və yalnız Avropa İttifaqı qurumlarının rəhbərlərinin qatıldığı "mini sammit" formatında olmayacaq.

Sammit Avropa İttifaqı üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə, 28 üstəgəl 1 formatında keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr