Almaniyada Türkiyə Baş Konsulluğuna hücum oldu

Almaniyada Türkiyənin Münster Baş Konsulluğuna yandırıcı maddə ilə hücum təşkil olundu.

394727
Almaniyada Türkiyə Baş Konsulluğuna hücum oldu

Baş konsulluq həftə sonu bağlı olduğu üçün yaralanan yoxdur. Ancaq Baş konsulluğa maddi zərər dəyib.

Münster polisi Lotharingstrasse üzərində yerləşən Baş Konsulluq binasına iki ədəd yandırıcı maddə atıldığı və onlardan birinin bina divarına dəydiyi barədə məlumat verdi.

Naməlum şəxs və ya şəxslər tərəfindən təşkil olunan hücumla bağlı ətraflı istintaq aparılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr