Diyarbakırda atışma baş verib

Diyarbakır vəkillər bürosunun sədri silahlı hücum nəticəsində öldürülüb

356298
 Diyarbakırda atışma baş verib



Diyarbakırın Sur bölgəsində PKK terror qruplaşmasının hücumu zamanı Diyarbakır vilayətinin vəkillər bürosunun sədri Tahir Elçi həyatını itirib,  1 polis şəhid olub. 
Atışmada 2 polis və 1 müxbir xəsarət alıb.

Diyarbakır vilayətinin Sur rayonunda təşkil olunan mətbuat konfransına silahlı basqın edilib.

Təhlükəsizlik qüvvələri dərhal cavab atəşi ilə hücumun qarşısını almağa çalışıblar.

Bölgədə artıq küçəyə çıxmaq qadağası tətbiq olunub. 

Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan Balıkəsirdə təhsil müəssisəsinin açılışı zamanı etdiyi çıxışında, Diyarbakır vəkillər bürosunun sədri Tahir Elçinin vəfatından kədərləndiyini bildirərək, “bu hadisə terrorla mübarizəyə doğru qərar verdiyimizi göstərir. Bu mübarizəni sona qədər davam etdirəcəyik”deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr