Türkiyənin Moskvadakı səfirliyinin önündə aksiya

Türkiyənin Rusiyadakı səfirliyi bir qrup şəxs tərəfindən daşa basılıb.

393141
Türkiyənin Moskvadakı səfirliyinin önündə aksiya

Türkiyənin Rusiyadakı səfirliyinin mətbuat müşaviri Orxan Gazigil hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, səfirlik qarşısında lazım olan təhlükəsizlik tədbirləri görülməyib.
Gazigil “Səfirliyin yerləşdiyi küçə tamamilə bağlana bilərdi. Lakin polis bunu etmədi. Nəticədə səfirliyin binasına xeyli ziyan dəyib” deyə vurğulayıb.
Qeyd edək ki, Türkiyə-Suriya sərhədində Türkiyə hava məkanını pozan “Su24” hərbi təyyarəsinə təhlükəsiz döyüş qaydaları çərçivəsində bölgədə öz vəzifələrini icra edən iki ədəd Türkiyə F-16 təyyarəsi müdaxilə edib.

Rusiya Hatayın Yayladağı bölgəsinin qarşısında Suriyanın Bayırbucaq bölgəsinə düşən təyyarənin onlara aid olduğunu açıqlayıb, NATO təyyarənin hava məkanını pozduğuna dair Türkiyənin paylaşdığı məlumatların doğru olduğunu təsdiq edib.

Oktyabr ayının əvvələrində də Rusiyaya aid döyüş təyyarələri Türk hava məkanını pozmuş, Rusiya rəsmiləri hadisədən sonra üzr istəyib və buna bənzər hadisələrin təkrar olunmayacağını bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr