Ərdoğan və Putin Parisdə görüşəcək

Türkiyə dövlət başçısı Ərdoğan ilə Vladimir Putinin İqlim Dǝyişikliyinǝ dair Paris sammitindǝ görüşü gözlənilir.

393198
Ərdoğan və Putin Parisdə görüşəcək

Türkiyə hava məkanını pozan Rusiya döyüş təyyarəsinə müdaxilə edilməsindən sonra diplomatik fǝaliyyǝtlǝrin davam etdiyi bir vaxtda dövlət başçısı Ərdoğan ilə Vladimir Putinin İqlim Dǝyişikliyinǝ dair Paris sammitindǝ görüşü gözlənilir.
Aralarında Türkiyə dövlət başçısı Ərdoğan və Rusiya prezidenti Putinin də olduğu İqlim Dǝyişikliyinǝ dair sammitdǝ 147 dövlət və hökümət başçılarının iştirakı gözlənilir. Toplantı bazar ertəsi Parisdə öz işinə başlayacaq.
“Yeni Şəfəq” qəzetinin məlumatına görə, zirvənin proqramında Ərdoğan və Putinin rəsmi təkbətək görüşü olmasa da, hər iki liderin Parisdə görüşə biləcəyi istisna olunmur.
Beynəlxalq ictimaiyyətə əks olunan gərginliyin əksinə olaraq ötən günkü diplomatik addımlar, Türkiyə-Rusiya arasında gərginliyin azalmağa başlaması kimi şərhlərə səbəb olub. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə ziyarətini təxirə salsa da, Moskva İstanbulda təşkil olunan İSEDAK toplantısına nümayəndəsini göndərib.
İSEDAK toplantısına aralarında Rusiyanın da olduğu 6 müşahidəçi ölkənin diplomatları qatılıb. Rusiyanı təmsil edən, Putinin xüsusi nümayəndəsi səfir Konstantin Şuvalov Ərdoğanın çıxışı zamanı salonda olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr