Ərdoğan: Türkiyənin özünü qoruma haqqına hörmətlə yanaşılmalıdır

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Türkiyənin hər hansı bir ölkəyə qarşı düşmənçiliyinin olmadığını, onun özünü qoruma haqqına hər kəsin hörmətlə yanaşmasının lazım olduğunu söylədi.

368397
Ərdoğan: Türkiyənin özünü qoruma haqqına hörmətlə yanaşılmalıdır

Ərdoğan 24 Noyabr Müəllimlər Günü münasibətilə Prezident Sarayında müəllimləri qəbul etdi. Qəbulda çıxış edən Ərdoğan gündəmi dəyərləndirdi.

Ərdoğan Suriyada bu günə qədər daha dəhşətli hadisələrin baş verməməsinin səbəbinin Türkiyənin soyuqqanlı mövqeyindən irəli gəldiyinə diqqət çəkərək:" Bu son hadisənin qarşısını almaq üçün əlimizdən gələn səyi göstərdiyimizdən heç kimin şübhəsi olmasın"dedi.

"Bayırbucak türkmənlərinin olduğu bölgə DEAŞ terror təşkilatının olduğu bölgə deyil. Kimsə kimsəni aldatmasın. Orada yalnız Bayırbucak türkmənləri var, soydaşlarımız var, qohumlarımız var " deyən Prezident Ərdoğan " DEAŞ terror təşkilatını vururuq" deyənlərin o bölgədə Bayırbucak Türkmənlərini vurduğunu söylədi.

Ərdoğan Bayırbucak türkmənlərinin sadəcə torpaqlarını müdafiə etməyə çalışdıqlarını, ailələrini düşərgələrə göndərənlərin orada qalaraq müqavimət göstərməyə davam etdiklərini bildirdi.

Ərdoğan : "Bayırbucak türkmənləri ölkəmizdə olan yaxın qohumluq əlaqələri səbəbiylə eynilə Hələbdəki, Xüms, Dəməşqdəki, Golandakı türkmənlər kimi bizim üçün xüsusi  əhəmiyyət kəsb edirlər. Əsəd rejimi və onu dəstəkləyən ölkələrin Bayırbucak türkmənlərini hədəf alan hücumlarının arxasındakı məqsədini yaxşı bilirik. DEAŞ-yoxdur, bu bölgədəki hücumlar birbaşa Əsəd rejimini saxlamaq məqsədi güdür. Türkiyə, Cerablusdan başlayaraq Aralıq Dənizinə qədər uzanan xətti bütün terror təşkilatlarından təmizləmək qərarındadır. Türkiyə olaraq bu bölgədə yaşayan qardaşlarımıza keçmişdən bu yana hər cür dəstək veririk, verəcəyik" deyə danışdı.

Türkiyənin yaxın zamanlarda Cerablus-Aralıq Dənizi xəttində humanitar təhlükəsizlik zonası rejimini müttəfiq ölkələrlə birlikdə həyata keçirəcəyini bildirən Ərdoğan bununla bir tərəfdən regionda yeni faciələrin baş verməsinə mane olmağı, digər tərəfdən də öz vətənlərində həyatlarını davam etdirmək istəyən mühacirlərə imkan yaratmağı qarşılarına məqsəd qoyduqlarını söylədi.

Ərdoğan:"Türkiyənin bu səyinə dəstək verməyən və ya mane olmağa çalışan hər kəs Suriyada həyatını itirən 380 min günahsız insana əlavə olunacaq hər bir yeni həyatın məsuliyyətinə şərik olacaq" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr