Baş nazir Davudoğlu zirvǝ yığıncağında iştirak edǝcǝk

Baş nazir Әhmǝd Davudoğlu noyabrın 29-da Brüsseldǝ keçirilmǝsi planlaşdırılan Türkiyǝ vǝ Avropa İtttifaqı ǝlaqǝlǝrinin müzakirǝ edilǝcǝyi zirvǝdǝ Türkiyǝni tǝmsil edǝcǝk.

421526

Avropa Şurasının sǝdri Donald Tusk dünǝn axşam saatlarında Davudoğluna zǝng edǝrǝk zirvǝyǝ dǝvǝt edib.
Baş nazir dǝ Avropa İttifaqına üzv ölkǝlǝrin iştirakı ilǝ baş tutacaq zirvǝyǝ mǝmnunluqla qatılacağını bildirib.
Davudoğlu Türkiyǝnin avropalı tǝrǝfdaşları ilǝ hǝr sahǝdǝ ǝmǝkdaşlıq etmǝyǝ vǝ ortaq sǝylǝr göstǝrmǝyǝ, İttifaqa tamhüquqlu üzv olmaq uğrundakı müzakirǝlǝr prosesindǝ birgǝ işlǝmǝyǝ hazır olduğunu da dilǝ gǝtirib.
Donald Tusk da bildirib ki, zirvənin məqsədi Türkiyə-Aİ əlaqələrinə təkan verməklə yanaşı Avropaya yönələn mühacir axımının qarşısını almaqdan ibarətdir.
Xatırladaq ki, Aİ liderləri noyabrın 12-dǝ Maltada keçirilǝn mühacir böhranı mövzulu zirvǝdǝ Türkiyə ilə ǝmǝkdaşlığın güclǝndirilmǝsi vǝ ǝmǝliyyat planını yaxın zamanda hǝyata keçirmǝyǝ qǝrar vermişdi. Hǝmin istiqamǝtdǝ Türkiyǝ-Aİ zirvǝ yığıncağı keçirilmǝsi planlaşdırılmışdı.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr