Avropa İttifaqı Әrdoğanın qarşısında diz çökdü

Qǝzet qaçqın böhranına hǝll yolları axtaran Avropa İttifaqının Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğana “boyun ǝydiyini” yazıb.

421588
Avropa İttifaqı Әrdoğanın qarşısında diz çökdü

İngiltǝrǝdǝ dǝrc olunan “Financial Times” qǝzeti qaçqın böhranına hǝll yolları axtaran Avropa İttifaqının Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğana “boyun ǝydiyini” yazıb.
Qǝzetdǝ yer tutan “Qlobal dǝrk etmǝ” başlıqlı mǝqalǝdǝ Brüssel müxbiri Aleks Barker yazıb ki, qaçqın mǝsǝlǝsi her şǝyi üstǝlǝyib. Düzmü, sǝhvmi olduğu bilinmǝz amma ümidsiz bir diplomat zarafatla qarışıq “sadǝcǝ Allahın vǝ Әrdoğanın özlǝrini rahatlada bilǝcǝklǝrini” söylǝdi ifadǝsini dilǝ gǝtirib.
Yazıda hǝmin zamanda Avropa İttifaqının sabiq Türkiyǝ sǝfiri Mark Pierinin qǝzetdǝ yer tutan müsahibǝsi çatdırılıb.
Pierini noyabrın 29-da baş tutacaq Türkiyǝ-Aİ zirvǝsi zamanı imzalanacağı gzölǝnilǝn sazişlǝ bağlı olaraq bildirib ki, saziş siyasi bir panikanın nǝticǝsidir. Әrdoğana diz çökǝrǝk getdik. O indi bizimlǝ oyun oynayır.
Aleks Barker davamla yazıb ki, avropalı rǝsmilǝr iddialı bir miqrant sazişi üçün ǝdalǝtli bir qarşılıq vǝrdilǝr. Gǝlǝcǝk aylarda milyonlarla suriyalı Türkiyǝdǝ mǝşğulluq vǝ tǝhsil sahǝlǝrindǝ daha çox hüquqa sahib ola bilǝcǝk. Sǝrhǝd mǝntǝqǝlǝrinǝ nǝzarǝt artırıla bilǝcǝk. Bir ildǝ “geri qǝbul sazişinin” tamamilǝ hǝyata keçmǝsilǝ minlǝrlǝ qaçaq mühacir Türkiyǝyǝ geri göndǝrilǝ bilǝcǝk. Bütün bunlar yerinǝ yetirǝlǝcǝyi tǝqdirdǝ Türkiyǝ qaçqınlar baxımından Avropanın bufer zonası olacaq.
Yazıda Türkiyǝnin istǝklǝri arasında Türk vǝtǝndaşlarının Avropa vizasız girişinin isǝ Parisdǝ törǝdilǝn terror hücumlarına görǝ yǝndǝn müzakirǝ oluna bilǝcǝyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr