"TRT uşaq" kanalında reklam yayınlanmayacaq

TRT-nin baş direktoru Şenol Göka “TRT uşaq” kanalına reklam yerləşdirilməyəcəyini açıqlayıb.

421196
 "TRT uşaq" kanalında reklam yayınlanmayacaq



TRT-nin baş direktoru Şenol Göka uşaq kanallarından ticarət məqsədilə istifadə olunmasını yanlış olduğunu bildirrərək, “TRT uşaq” kanalına artıq reklam yerləşdirilməyəcəyini açıqlayıb.
İstanbulda TRT tərəfindən təşkil olunan “Uşaq mediasında mövzuların qoyulması və idarəçiliyi:fürsətlər, yaradıcılıq və problemlər” adlı 4-cü Beynəlxalq uşaq mediası konfransı işə başlayıb.
Konfransda çıxış edən Şenol Göka bununla bağlı həm medianın, həm də ailələrin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Göka, uşaqların saatlarla televiziya qarşısında nəzarətsiz buraxılmamasının vacibliyini ifadə edib.
Göka, uşaq kanallarından ticarət məqsədilə istifadə olunmasını yanlış olduğunu da bildirib.
“TRT”-ni uşaq kanallarında reklam yerləşdirməyən bir yayımcı olaraq görəcəksiniz. Uşaq kanalına heç bir şəkildə hətta kitab və yaxud ən faydalı məlumatların reklamını belə almadan, yəni uşaqları bütün ticarət, gəlir gətirən işlərdən uzaq tutmaq və onları bu düşüncədən öz xəyallarına doğru aparmaq lazımdır. Ona görə də, TRT bundan sonrakı reklam işlərində uşaq kanalına reklam yerləşdirməyəcək. Başqa sözlə, uşaqları ailələri ilə olmağa təşviq edə bilsək, küçəyə çıxara bilsək, ticarət işlərindən uzaq tutub, dünyada yaşayan digər uşaqlarla əlaqə qurmasına kömək edə bilsək, düşünürəm bu işi həll edə biləcəyik. Ən azı bundan sonrakı problemlərin həllinə asan bir addım atmış olacayıq”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr