Ərdoğan gələcəyin inşasında müəllimlərin xüsusi rolunu vurğuladı

Ərdoğan "24 Noyabr Müəllimlər Günü" münasibətilə mesaj yaydı.

367993
Ərdoğan gələcəyin inşasında müəllimlərin xüsusi rolunu vurğuladı

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin gələcək hədəflərinə çatmasında ən böyük payın müəllimlərə düşdüyünü vurğuladı.

Mesajında müəllimlərin müqəddəs bir vəzifə sahibi olduqlarını qeyd edən prezident insan həyatında təhsilin və  müəllimlərin xüsusi bir yeri olduğunu bildirdi.

Prezident, eyni zamanda, insan yetişdirmənin mədəniyyətin inşası olduğunu, müəllimlərdən də bu səyin gözlənildiyini ifadə etdi.

Ərdoğan: "Türkiyənin 2023-cü il hədəflərinə çatmasında, 2053-cü il və 2071-ci il məqsədlərinin həyata keçirilməsində müəllimlərimizin səylərinin, əməklərinin çox mühüm rolu olacaqdır" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr