Anadoluda qadın hüquqlarının tarixi 4 min il əvvələ söykənir

Kayseridəki Kültəpə-Kaniş Karum abidəsində aparılan qazıntılar Anadoluda 4 min il əvvəl qadınların bir sıra hüquqlarının yazılı təsbitini aşkar etdi.

367931
Anadoluda qadın hüquqlarının tarixi 4 min il əvvələ söykənir

Eramızdan əvvəl 1950 - 1750-ci illərdə yazılan Kültəpə lövhələri arasında 25 mindən çox  ticari saziş və hüquqi sənədlə bərabər, evlənmə, boşanma, vərəsəlik, aliment və övladlığa götürmə kimi ailə hüququ ilə əlaqədar sənədlər vardır.

Sosial həyatla bağlı olan və hüquqi mənada böyük əhəmiyyət kəsb edən sənədlərin məzmunları  belədir:
- O illərdə Assuriyalılarla Anadolu xalqının evlilikləri bitərsə, boşanma müqavilələri qarşılıqlı razılaşmaya əsaslanar.
- lövhələrdə ikinci  arvad almağın qadağan olunduğu, alındığı təqdirdə də kişilərin pul cəzasına məhkum ediləcəyi məlumatı vardır.
- Sənədlərdə boşanma halında hər iki tərəfin də hüquqları olduğu barədə məlumat vardır.
- Boşanmadan sonra tərəflərin dini və ya irqi fərq olmadan könlü kiminlə istərsə, onunla evlənmədə heç bir məhdudiyyətin olmadığı bildirilir.
- Lövhələrdə olan boşanma sənədlərində mal bölgüsü, vərəsəlik və aliment məsələlərinə toxunulur. Evli bir cütlüyün boşanması halında, evin hər  ikisinin olduğu, öldükləri zaman evlərinin uşaqlarına qalacağı kimi məlumatlar vardır.
- Ərindən boşanan qadınların gələcəkdə maddi problemi olmaması üçün "aliment" alması barədə də məlumat da lövhələrdə yer alır.
- Bir cütlüyün boşanma sənədində, kişinin qadına maliyyə yardımı edəcəyi barədə söz verməsi  o illərdə də cinsi bərabərliyin olduğunu göstərir.
- Vərəsəlik məsələsində isə, uşaqların valideynlərinə baxma öhdəliyi olduğu və mirasın ancaq ana və ata öldükdən sonra bölüşdürülə biləcəyi haqqında məlumatlar vardır.
- Vərəsəlik məsələsində çıxan qardaş davaları ilə bağlı hüquqi aktlar məhkəmə tərəfindən həyata keçirilir. Bu, o dövrün hüquqi gücünü ortaya qoyur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr