Türkiyənin Suriya ilə əlaqədar diplomatik fəaliyyəti davam edir

Türkiyə Baş naziri Əhməd Davudoğlu Suriyada Rusiya təyyarələrinin dəstəyi ilə Əsəd rejiminin Bayırbucak bölgəsinə hücumları ilə bağlı görüşlər keçirdi.

420419
Türkiyənin Suriya ilə əlaqədar diplomatik fəaliyyəti davam edir

Davudoğlu sözü gedən hücumlarla əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi General Akar ilə telefonla danışdı, MİT Müşaviri Hakan Fidanı da Nazirlər Kbinetinə çağıraraq, prosesin kəşfiyyat tərəfi ilə əlaqədar məlumat aldı və lazımlı təlimatları verdi.

Türkiyə Nazirlər Kabinetindən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dönəm Sədrliyinə də məktub göndərilərək, BMT-nin təcili olaraq mövzunu müzakirə etməsinin tələb edildiyi bildirildi.

Eyni zamanda, Davudoğlunun təlimatı ilə Türkiyə Xarici İşlər Naziri Feridun Sinirlioğlunun da dünən gecə yarısından sonra ABŞ Dövlət Katibi John Kerryyə zəng etdiyi və telefon danışığında vəziyyətin qiymətləndirildiyi barədə məlumat verildi.

Rusiya tərəfi ilə də danışıqların davam etdirildiyi qeyd edildi.

Bu gün Baş Nazir Davudoğlunun sədrliyi ilə Çankaya Köşkündə yıgıncaq keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr