Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib

Әdalǝt vǝ İnkişaf Partiyasının nümayǝndǝsi İsmayıl Kahraman Türkiyǝ Böyük Millǝt Mǝclisinǝ sǝdr seçildi.

367837
Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib

Әdalǝt vǝ İnkişaf Partiyasının nümayǝndǝsi İsmayıl Kahraman Türkiyǝ Böyük Millǝt Mǝclisinǝ sǝdr seçildi.
Türkiyǝ Böyük Millǝt Mǝclisinin ümumi iclasında 3-cü turda 316 sǝs toplayaraq Mǝclisǝ yeni sǝdr seçilǝn Kahraman 1995 vǝ 1999-cu illǝrdǝ keçirilǝn parlament seçkilǝrindǝ 20 vǝ 21. dövrlǝrdǝ İstanbuldan millǝt vǝkili seçilǝrǝk Mǝclisdǝ yer alıb.
1996-1997 illǝrindǝ 54-cü “Rifah-Yol Hökumǝti”ndǝ Mǝdǝniyyǝt naziri postunu tutan Kahraman Әdalǝt vǝ İnkişaf Partiyasının mǝrkǝzi cǝza heyǝti sǝdrliyindǝ işlǝyib.
İsmayıl Kahraman 1 noyabrda keçirilǝn seçkilǝrdǝ Әdalǝt vǝ İnkişaf Partilasında ǝvvǝlki illǝrdǝ Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın namizǝd göstǝrildiyi İstanbul 1-ci bölgǝ birinci yerdǝn millǝt vǝkili seçilib.
Mǝclis sǝdri Kahraman tǝşǝkkür etdiyi çıxışında Türkiyǝ Böyük Millǝt Mǝclisi Sǝdrliyi kimi ali bir vǝzifǝnin ona layiq görülmǝsinǝ göstǝrilǝn etimada minnǝtdarlığını dilǝ gǝtirib.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝ Böyük Millǝt Mǝclisinǝ sǝdr seçilǝn İsmayıl Kahramana teleqram göndǝrǝrǝk tǝbrik edib vǝ uğurlar dilǝyib.
Baş nazir Әhmǝd Davudoğlu dǝ özünün “Twitter” sǝhifǝsindǝ İsmayıl Kahramanı tǝbrik edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr