Bu gün TBMM-nin sədri seçiləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin məclis sədrliyi ilə əlaqədar iclası olacaq.

420421
Bu gün TBMM-nin sədri seçiləcək

Türkiyənin 26-cı dönəm parlamentində millət vəkillərinin andiçmə mərasiminin keçirildiyi 17 noyabr çərşənbə axşamı günü başlayan Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlərin müraciətləri saat 24.00-da sona çatdı.

TBMM sədrliyi üçün AK Partiya İstanbul millət vəkili İsmayıl Qəhrəman, CHP Ankara millət vəkili Gülsün Bilgehan, MHP Kayseri millət vəkili Yusuf Halaçoğlu və HDP İstanbul millət vəkili Dengir Mir Mehmet Fırat namizəddirlər.

 Bu gün saat 15.00-da Baş Məclisdə TBMM-yə sədr seçkisi ilə bağlı iclas keçiriləcək. İlk iki səsvermədə parlament üzvlərinin üçdə ikisinin  və üçüncü səsvermədə parlament üzvlərinin tam əksəriyyətinin səsləri hesablanacaq . Üçüncü səsvermədə tam əksəriyyət təmin olunmadığı təqdirdə, bu səs vermədə ən çox səs alan iki namizəd üçün dördüncü səsvermə keçiriləcək. Dördüncü səsvermədə ən çox səs alan namizəd Türkiyə Böyük Millət Məclisinin Sədri seçiləcək.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr