R.T Ərdoğan gündəmlə bağlı bir sıra açıqlama verib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Türkiyə çevriliş konstitusiyası ilə deyil, milli iradənin yaratdığı Konstitusiya ilə gələcəyə doğru irəliləməlidir” deyib.

367184
R.T Ərdoğan gündəmlə bağlı bir sıra açıqlama verib


1 noyabr seçkilərini qiymətləndirən Ərdoğan: "Millətin təzahür edən bu üstünlüyü fikrimcə sabitlik və inamın üstünlüyüdür" deyə bildirib.
R. T. Ərdoğan yeni Konstitusiya və idarəçilik sistemi məsələsində xalqa müraciət edilə biləcəyini ifadə edib. İdarəçilik sistemi müzakirə edilməlidir deyən dövlət başçısı: ‘‘Bu məsələni millət, siyasətçilər müzakirə etsin, görək ölkəmiz bundan qazanar, yoxsa itki verər, biz bundan niyə çəkinirik" deyib.
Konstitusiya ilə bağlı daha bir çağırış edən Ərdoğan: "Parlamentdəki siyasi partiyalar qaldıqları yerdən davam etsinlər, əvvəlki 60 maddə üzərində işləsinlər və proses davam etsin" deyə söyləyib.
Terrorla mübarizə məsələsinə də toxunan dövlət başçısı bölgədə həyata keçirilən terror hadisələrinə qarşı dövlətin nəticə əldə edənə qədər mübarizə aparacağını vurğulayıb.
“DEAŞ-la mübarizədə koalisiya qüvvələri ilə birlikdə addım atıla bilər” deyən ölkə rəhbəri ‘’DEAŞ hazırda ölkəmiz üçün bir təhdiddir, həm ölkəmizin daxilində, həm xaricində, sərhədlərimizdə. Ona görə buna qarşı biz də koalisiya güvvələri ilə birlikdə addım ata bilərik. Bu olacaq’’ deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr