Sinirlioğlu:"DAİŞ-ə qarşı əməliyyatlar daha geniş miqyas alacaq"

Türkiyənin Xarici işlər Naziri Firidun Sinirlioğlu Suriyadakı DAİŞ terror təşkilatına qarşı əməliyyatların daha geniş miqyas alaraq davam etdiriləcəyini dedi.

418408
Sinirlioğlu:"DAİŞ-ə qarşı əməliyyatlar daha geniş miqyas alacaq"

Sinirlioğlu Anadolu Xəbər Agentliyinə verdiyi açıqlamadaTürkiyənin DAİŞ-ə qarşı mübarizə koalisiyasının üzvü olduğunu və koalisiya daxilində aktiv fəaliyyət göstərdiyni vurğuladı.

DAİŞ-ə qarşı səylərini koalisiya üzvləri ilə birgə gücləndirdiklərini bildirən Firudin Sinirlioğlu: "Sərhədlərimizdə  DAİŞ mövcudluğunun sona çatdırılması məsələsi ilə əlaqədar bəzi planlarımız var. Bu planlar tamamlandıqda əməliyyatlarımız daha geniş miqyas alaraq davam etdiriləcək. Bunu yaxın günlərdə görəcəksiniz" deyə danışdı.

Bu planların ortaq hərəkatla əlaqədar olduğunu bildirən Sinirlioğlu sözügedən bölgələrdə uzun zamandan bəri həm ABŞ ilə hava əməliyyatları aparıldığını, həm də Türkiyənin milli səviyyədə mübarizə etdiyini qeyd etdi.

Suriyada Əsədin namizədliyinin böyük əksəriyyət tərəfindən qətiyyətlə rədd edildiyini xatırladan Xarici İşlər Naziri: "Bu prosesin sonunda Əsədin olmayacağı da açıq şəkildə ortadadır" dedi.

Sinirlioğlu həll əldə olunduğu təqdirdə Əsədin də siyasətdə məsələ olmaqdan çıxacağını söylədi.

Xarici işlər Naziri Suriyada üç hissəli bir dövlətin qurulacağı iddialarına dair: "Ərazi bütövlüyü İkinci Vyana Toplantısında da təsdiq edilmişdir. Hesab edirik ki, məzhəbçilik və separatçı münasibətlərin müvəffəqiyyət şansı yoxdur" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr