Prezident İlham Əliyev G20 Sammitində

"BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərarlara əməl olunmaması çox ciddi məsələdir".

366447
Prezident İlham Əliyev G20 Sammitində

 


Azərbaycan Prezidenti İlham Əliyev, Antaliyadakı G20 Sammitində, Ermənistanın işğalçılıq və terror siyasətinə işarǝ edib. "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən naharda Ermənistanın Azərbaycan torpaqlarının yüzdə 20-lik hissəsini işğal etdiyini ifadə edən Əliyev, bir milyon insanın köç etmək məcburiyyətində qaldığını vurğulayıb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan tərəfi indiyədək buna məhəl qoymur.
“Azərbaycanda törədilən terror aktları nəticəsində 2 mindən çox vətəndaşımız həlak olub.
Terrorizm Ermənistanın işğalçı siyasǝtinin tǝrkib hissǝsidir”
Dünyanın bir nömrəli beynəlxalq təşkilatı tərəfindən qəbul edilmiş qərarlara əməl olunmaması çox ciddi məsələdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü əsasında həll olmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr