R.T.Ərdoğan Şi Cimping ilə görüş keçirib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, terrora qarşı birgə mübarizənin şərt olduğunu deyib.

366076
R.T.Ərdoğan  Şi Cimping ilə  görüş keçirib

Dövlət Başçısı Ərdoğan və Çin Prezidenti Şi Cinpingin başçılıq etdiyi iki ölkənin nümayəndə heyətləri Antalyada bir araya gəlib.
İki ölkə liderinin gündəmində Fransadakı terror hücumları olub.
Prezident Ərdoğan terrorun dini, milləti, irqi, vətəni olmadığını ifadə edərək ; "Terror aktlarına qarşı birgə mübarizə etməliyik. G20 sammitində beynəlxalq terrorizmə qarşı nələr edilə bilər deyə danışmalıydıq lakin Fransada baş verən bu hadisə bizim üçün çox  fərqli  gündəm yaratdı. Son hadisələri də mütləq müzakirə edəcəyik’’ deyə bildirib.
Danışıqlardan sonra iki ölkə arasında iqtisadiyyat və enerji  daxil olmaqla 7 ayrı sahədə müqavilə imzalanıb.
Qeyd edək ki, Dövlət Başçısı Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Munla da bir araya gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr