Peşmerge güclərinin DEAŞ-a qarşı uğurları təqdir olunmalıdır

Baş nazir Əhməd Davudoğlu İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzaniyə zəng edərək onu Peşmerge güclərinin Sincarda DEAŞ-a qarşı etdikləri müvəffəqiyyətli hərbi hərəkatla bağlı təbrik edib.

366071
Peşmerge güclərinin DEAŞ-a qarşı uğurları təqdir olunmalıdır

  Bölgənin DEAŞ-dan təmizlənməsini təşkilatla mübarizədə əldə edilən əhəmiyyətli bir müvəffəqiyyət kimi dəyərləndirən Davudoğlu bu əməliyyatdakı uğurun Peşmerge güclərinə aid olduğunun hər kəs tərəfindən bilinməsinin vacib olduğunu vurğulayıb.

  Baş nazir İraq Kürd Regional Rəhbərliyinə Türkiyənin terrorla mübarizədə verdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini söyləyib. Bərzani də öz növbəsində Baş nazir Əhməd Davutoğluna təbrik və həmrəylik mesajı üçün təşəkkürünü bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr