11 terrorçu təslim olub

İraqın şimalındakı terrorçuların məskünlaşdığı sahəsindən qaçan 11 terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

414675
11 terrorçu  təslim olub

Baş Qərarqah Rəisliyindən verilən açıqlamada, Şırnakda 10 və Həkkaridə də bir olmaqla 11 terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduqları bildirilib.
Açıqlamada həmçinin Kilisin Elbeyli rayonunda Suriyadan Türkiyəyə qeyri-leqal yollarla keçmək istəyən DEAŞ üzvü əcnəbi terrorçunun saxlanıldığı da qeyd edilib.
Digər tərəfdən Diyarbakır və Bingöldə həyata keçirilən əməliyyatlar nəticəsində terrorçulara məxsus sığınacaqlarda çox sayda silah-sursat ələ keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr