Bu gün Türkiyədə Koalisiya hökümətinin son iclası keçiriləcək

Türkiyədə Nazirlər Kabineti Baş Nazir Əhməd Davudoğlunun sədrliyi ilə bu gün saat 17-də iclas keçirəcək.

414082
Bu gün Türkiyədə Koalisiya hökümətinin son iclası keçiriləcək

7 İyul Seçkilərindən sonra keçirilən koalisiya görüşlərinin uğürsuz nəticələrinin ardınca konstitusya əsasında yaradılan seçki hökumətinin Nazirlər Kabineti son dəfə iclas keçirəcək.

İclasda ilk olaraq, Baş Nazir Davudoğlu kabinet üzvlərinə vəzifələri ilə əlaqədar həyata keçirdikləri fəaliyyətlərinə görə təşəkkür edəcək.

İclasda Kabinetin təxminən 2 ay yarım ərzində gördüyü işlər müzakirə olunacaq, türkiyə gündəminin daxili və xarici məsələləri masaya qoyulacaq.

DEAŞ, PKK, DHKP-C və Fətullahçı Terror Təşkilatlarına qarşı təşkil olunan əməliyyatlar dəyərləndiriləcək.

Milli Birlik və qardaşlıq, iqtisadi proseslər də iclasın cari məsələləri arasında olacaq.

Suriya  prosesləri və qaçqın böhranı iclasda müzakirə olunacaq başlıca məsələlərdəndir.

Bununla yanaşı, 15- 16 noyabr tarixində Antalyada keçiriləcək G-20 Liderlər Sammitinə hazırliqlar və təhlükəsizlik tədbirləri ilə əlaqədar son vəziyyət gözdən keçiriləcək.

Nazirlər Kabinetinin iclasından sonra Baş Nazir Davudoğlu nazirlər və onların həyat yoldaşlarına axşam yeməyi verəcək

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr