Böyük İyirmilərin Zirvə toplantısı üçün Belekdə təhlükəsizlik tə

Noyabrın 15-16-da Böyük İyirmilərin Zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşan Antalyanın turizm bölgəsi Belekdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur.

364927
Böyük İyirmilərin Zirvə toplantısı üçün Belekdə təhlükəsizlik tə

Noyabrın 15-16-da Böyük İyirmilərin Zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşan Antalyanın turizm bölgəsi Belekdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur.
İqtisadiyyatı inkişaf edən 20 ölkənin liderlərinin qatılacağı zirvə toplantısı üçün şəhərə gəlməsi gözlənilən 13 min iştirakçının təhlükəsizliyi üçün 12 min polis və jandarm heyəti cəlb olunub.
Bələkdə toplantı üçün təşkil olunan əsas bölgə noyabrın 10-17-də nəqliyyatın hərəkəti dayandırılacaq.
Zirvə məqsədilə Bələkdə “yüksək təhlükəsizlik bölgəsi” elan edilərkən Antalya Hava limanı ilə Bələk arasındakı magistral yolda insanların sifətləri və maşınlarının nömrələrini qeydiyyata salan yüzlərlə kameralar quraşdırılıb.
Tədbrin keçiriləcəyi ərazi polis, jandarma və sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən hava, quru və dənizdən qorunacaq.
Liderler tədbirdə olduğu zaman bölgədə təyyarə uçuşları olmayacaq.
Tədbir keçirilən müddətdə Bələkdəki qolf meydançası və otellərdəki təhlükəsiz əraziyə noyabrın 11-17-də akkreditasiya olmayanlar girə bilməyəcəklər.
Bu arada Aspendos qədim şəhəri və Teatrında da təhlükəsizlik kameraları gücləndirilib.
Bələkdəki Üçqumtəpəsi, Taşlıburun və İskeledəki 5 ulduzlu 31 oteldǝ noyabrın 11-17-dək hər hansı tədbir keçirilməyəcək. Bu tarixlərdə əvvəlcədən müəyyən olunan 22 otel tədbirə və nümayəndələrə xidmət edəcək. Qonaq olan nümayəndə heyətlərinin hər birinə ayrıca otellər ayrılıb.
Tədbiri işıqlandıran 3 minə yaxın media nümayəndəsi üçün isə bir otel ayrılması nəzərdə tutulub.
Liderlerin istifadə edəcəyi liftlərin şüşǝlǝri gülləkeçirməz şüşələrlə dəyişdirilib və üzərinə qara örtük çəkilib. Bəzi otellərdə istək əsasında liderlərin qalacağı otaqlarda hərəkətli yumşaq mebel dəstləri sabitləri ilə əvəzlənib.
Digər tərəfdən Böyük İyirmilərin zirvə toplantısında ABŞ-la birgə böyük nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı nümayəndələrinin bir qismi Antalyaya gəlib.
Səudiyyə Ərəbistanı Kralı Salman və heyətinin şəxsi əşyaları da Antalyaya gətirilib. Kral və şahzadə Təlala məxsus bütün əşyaları hava limanından 16 avtomobillə daşınıb. Səudiyyə Ərəbistanı heyəti üçün ayrıca 65 xidməti avtomobil də gəlib.
1000 nəfərə yaxın Səudiyyə Ərəbistanından olan heyət Bələkdən kənarda yerləşdirləcək. Kunduda yerləşdiriləcək heyət üçün 546 otaq hazırlanıb. Kral Salman və şahzadə Təlal gecəsini 15 min avro olan özəl villalarda 2 həftə qalacaqlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr