Terrorçulara qarşı əməliyyatlar davam edir

PKK-nın ən önəmli mövqelərindən Hakkari, Diyarbakır və Yüksəkova bölgələri terrorçulardan təmizlənib.

413021
Terrorçulara qarşı əməliyyatlar davam edir

Bir Noyabrda parlamentǝ keçirilǝn seçkilǝrdǝn sonra Silahlı Qüvvələrimizin həm “İŞİD”, həm də PKK terrorçularına qarşı başlatdığı xüsusi əməliyyatlar davam edir.
Ötən gecədən başlayaraq Türkiyə-Suriya sərhəddində Türk Silahlı Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri havadan və qurudan “DEAŞ” mövqelərinə avia zərbələr endirib.
PKK-nın ən önəmli mövqelərindən Hakkari, Diyarbakır və Yüksəkova bölgələri terrorçulardan təmizlənib.
Şəhid zabit İlkər Çelikcanın adını daşıyan antiterror əməliyyatında Türk əsgərləri 119 PKK terrorçusunu məhv edib.
Həmin ərazilər PKK-nın əsas bazaları sayılırdı. Əməliyyatlar zamanı Türkiyə ordusu 6 şəhid verib.
Türkiyə Mudafiə Nazirliyinin məlumatına görə, əməliyyatlar daha da sərt şəkildə qış boyu davam etdriləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr