Ərdoğan "İqlim Dəyişikliyi" mövzulu telekonfransa qatıldı

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəşəriyyətin üzləşdiyi  mühüm problemlərdən biri olan iqlim dəyişikliyi məsələsində Türkiyənin üzərinə düşənləri etməyə çalışdığını dedi.

364135
Ərdoğan "İqlim Dəyişikliyi" mövzulu telekonfransa qatıldı

30 noyabrda Parisdə Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Çərçivə Konvensiyası əsasında 21-inci Tərəflər Konfransı keçiriləcək.


Yeni iqlim müqaviləsinin müzakirə ediləcəyi toplantıdan əvvəl Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Munun başçılığı ilə keçirilən "İqlim Dəyişikliyi" mövzusunda telekonfransa İstanbuldan qatıldı.

Ərdoğan çıxışında iqlim dəyişikliyi mövzusunda 2020-ci ildən sonra əhatəli bir sistem yaradılması istiqamətindəki işlərə əhəmiyyət verdiklərini bildirdi.

Ərdoğan bunun üçün  BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyası əsasında aparılan danışıqlar prosesinin uğurla başa çatdırılmasının zəruriliyini vurğuladı.

G-20 Antalya Sammitini xatırladan Prezident Ərdoğan keçiriləcək sammitdən gözləntilərin böyük olduğunu bildirərək: "G-20 ölkələri olaraq, Antalyadan Parisə güclü və konstruktiv bir mesaj göndərilməsinin tərəfdarıyıq. Bu çərçivədə dönəm sədri olaraq G-20 ölkələri ilə birlikdə işlərimizi davam etdiririk. Antalyada keçiriləcək səmimi və konstruktiv fikir mübadiləsinin müzakirə prosesində çətinlik kəsb edən məqamların aradan qaldırılması baxımından faydalı olacağını düşünürük"dedi.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun sədrlik etdiyi telekonfransda Fransa Prezidenti Fransua Hollande, Peru Prezidenti Ollanta Humala, Almaniya Kansleri Angela Merkel, Malta Baş Naziri Joseph Muscat da iştirak etdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr