İbrahim Kalın Əl Cəzirə kanalında gündəmə aid açıqlamalar verdi

Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın Rusiyanın Suriyada hücumları zamanı DEAŞ-dan başqa mülayim müxalifət birləşmələrinin də hədəf alındığını söylədi.

364137
İbrahim Kalın Əl Cəzirə kanalında gündəmə aid açıqlamalar verdi

Kalın Əl-Cəzirə televiziyasında yayımlanan bir proqramda Suriyadakı müharibənin artıq regional bir məsələ olmadığını, bölgədəki bütün ölkələrə təsir edən beynəlxalq bir məsələ xarakterini qazandığını bildirdi.


Kalın Rusiyanın Suriyadakı hərbi mövcudluğu səbəbinin DEAŞ-a qarşı mübarizə olması halında bunun Türkiyə üçün problem kəsb etməyəcəyini qeyd etdi. O, rus hücumlarının  Suriyadakı mülayim müxalifəti də hədəf almalarının isə  hər kəsə meydan oxumaq mənasını verdiyini bildirdi.

Kalın Türkiyənin böhranın kəskinləşməsini istəmədiyini, əksinə, tezliklə aradan qalxmasının tərəfdarı olduğunu dedi.

Türkiyədə1 Noyabr parlament seçkilərinin nəticələrinə toxunan Kalın, ortaya çıxan siyasi mənzərənin çox müşahidəçini təəccübləndirdiyini, ancaq Türkiyənin siyasi vəziyyətini və cəmiyyəti dərindən təhlil edənlər üçün nəticələrin sürpriz olmadığını ifadə etdi.

Kalın, Türkiyədəki yeni konstitusiya müzakirələrinə də toxunaraq, yeni konstitusiyanın indiki kimi parlament sistemi, yoxsa prezidentlik sistemi  olacağını ölkənin prioritetləri və ehtiyaclarının müəyyən edəcəyini dedi.

Türkiyənin başqa ölkələrin təcrübələrini klonlaşdırmaq məcburiyyətində olmadığını qeyd edən Kalın hüququn aliliyinə əsaslanan plüralist və demokratik qanunlar olması şərtilə rəhbərliyə dair məsələlərə özlərinin qərar verə biləcəyini dilə gətirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr