Diyarbəkirdə xain hücum nəticəsində iki şəhid

Türk Silahlı Qüvvǝlǝri Hakkari vilayǝtinin Yüksǝkova qǝsǝbǝsindǝ hǝyata keçirdiyi hava ǝmǝliyyatında isǝ 16 terrorçunun mǝhv edildiyini açıqlayıb.

363490
Diyarbəkirdə xain hücum nəticəsində iki şəhid

Diyarbəkirin Silvan qəsəbəsində təhlükəsizlik qüvvələrinin PKK terrorçularını zərərsizləşdirmək üçün həyata keçirdiyi əməliyyat zamanı polis Nəcmi Çakır şəhid olub.
Silvanda çərşənbə axşamı günü 3 məhəllədə küçəyə çıxmamaqla bağlı qadağa elan olunub və əməliyyata başlanıb. Bu gün də davam etdirilən əməliyyat zamanı terrorçular snayper tüfəngi ilə xüsusi təlimatlı polislərə atəş açıblar.
Ağır yaralanan polis zabiti Nəcmi Çakır əməliyyat olunduğu xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Diclǝ qǝsǝbǝsindǝ isǝ havadan dǝstǝkli ǝmǝliyyatlar zamanı baş verǝn atışmada yaralanan ǝsgǝrlǝrdǝn biri yerlǝşdirildiyi xǝstǝxanada şǝhid olub.
Digər tərəfdən Türkiyə Silahlı Qüvvələri Hakkarinin Yüksəkova qəsəbəsində təşkil olunan hava əməliyyatlarında 16 terrorçunu zərərsizləşdirib.
Açıqlamada şəhərdə günü həyata keçirilən əməliyyatlarda zərərsizləşdirlən terrorçuların sayının da 15 olduğu vurgulanıb.
Digər tərəfdən terror təşkilatı dağılmaq üzrədir.
Şırnakda PKK-dan qaçan 10 terrorçu müdafiə qüvvələrinə təslim olub.
Şırnak Valiliyi təşkilatdan qaçanların son bir ayda daha da artdığını 2013-cü il martın 21-dən bu günə qədər təslim olan terrorçuların sayının 999-a çatdığını açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr