David Kameron Əhməd Davudoğlunu təbrik edib

AK Partiyaya seçki qələbəsi münasibətilə dünyadan təbrik mesajları gəlməyə davam edir.

363391
David  Kameron Əhməd Davudoğlunu  təbrik edib

İngiltərə Baş Naziri David Kameron Baş Nazir Əhməd Davudoğlu ilə telefon əlaqəsi saxlayaraq onu təbrik edib.
Görüş zamanı iki ölkədə də gülcü hökumətlərin vəzifə icra etdiyini qeyd edən Kameron, ikitərəfli əlaqələrlə yanaşı DEAŞL-a mübarizə, miqrasiya böhranı, Böyük 20-lər və Avropa İttifaqı olmaq üzrə iki ölkənin də sıx gündəmi olduğunu bildirib.
Kameron, Baş Nazir Davudoğlunun quracağı yeni hökumət ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını da vurğulayıb.
Davudoğlu isə Camerona təşəkkür edərək, iki yaxın müttəfiq kimi Türkiyə və İngiltərənin birgə təhdid və sınaqlarla qarşı-qarşıya olduğunu vurğulayaraq iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr